23.12.2024, 07:43
AZ EN
14.09.2023, 19:35 224

Elnur Əliyev: "Zəngəzur dəhlizi türk dövlətlərinin birgə investisiyalarında iqtisadi baxımdan səmərəli olacaq"

XƏBƏRLƏR
  • "Zəngəzur dəhlizinin türk dövlətlərinin əməkdaşlığı və birgə investisiyalarda iqtisadi baxımdan səmərəli olacağı şübhəsizdir".

Bunu Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) və Türk Dünyası İş Forumunun iqtisadiyyat və ticarət üzrə məsul nazirləri və digər vəzifəli şəxslərinin toplantısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan regionun nəqliyyat və ticarət dinamikasına fəal təsir edir.

Nazir müavini TDT-yə üzv ölkələrin ticarət və investisiyalar, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji kimi sahələrdə tərəfdaşlığın dərinləşdirməsi üçün böyük potensialın mövcud olduğunu bildirib: “Bu baxımdan Türk İnvestisiya Fondunun yaradılması qarşılıqlı layihələrin maliyyələşdirilməsi və üzv ölkələr arasında gələcək əməkdaşlığın gücləndirilməsi üçün mühüm perspektivlər vəd edir”. (Report)

Oxşar xəbərlər