08.06.2025, 23:13
AZ EN
17.04.2025, 09:39 214

İrəvan Bakının daha bir tələbi qarşısında geri çəkilir

XƏBƏRLƏR
  • "Ermənistanın yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır".

"Vətən səsi" xəbər verir ki, bunu dünən jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, bu məsələ ilə bağlı indiyədək bir neçə dəfə fikir bildirdiyini xatırladıb: “Əvvəllər dediyim kimi, Müstəqillik Bəyannaməsinin mətnini oxuyanda görürük ki, orada deyilir ki, Ermənistanın müstəqil dövlətçiliyi ola bilməz. Bu, mümkün deyil. Ona görə də deyə bilmərəm ki, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmalıdır. Yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır. Amma qərarı Ermənistan xalqı verir. Təbii ki, siyasi qüvvələr lehinə və ya əleyhinə arqumentlər irəli sürürlər”.

Xatırladaq ki, rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün iki əsas şərt irəli sürüb. Bunlardan biri ATƏT-in Minsk Qrupunun buraxılması, digəri isə Ermənistanın öz konstitusiyasını dəyişərək ölkənin ana qanununda Azərbaycana qarşı ərazi iddialarına dair iddiaların çıxarılması barədədir.Azərbaycanın sülh sazişi imzalamaq üçün tələblərindən biri də Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Nikol Paşinyanın dünənki açıqlaması ilə Azərbaycanın bu tələbinin də yerinə yetiriləcəyinə ümid yaradır. Bu bəyanatların nə vaxt rəsmiləşəcəyi isə Ermənistan liderinin öz dediklərinə nə dərəcədə hörmətlə yanaşmasından asılı olacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər