23.02.2025, 08:47
AZ EN
05.09.2023, 17:10 201

Zaxarova: Rusiya və Azərbaycan bütün problemli məsələləri ikitərəfli formatda həll edir

XƏBƏRLƏR
  • Rusiya və Azərbaycan bütün problemli məsələləri ikitərəfli formatda həll edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Bütün problemli məsələləri, ümumiyyətlə müxtəlif ölkələrlə olan bütün məsələlər kimi ikitərəfli kanallarla həll edirik. Bəzən elə olur ki, qeyri-dost ölkələr təmasları bloklayır, dialoqdan imtina edir. Bu bizim Bakı ilə dialoqumuza aid deyil. Bu səbəbdən biz Azərbaycanla bütün, o cümlədən problemli məsələləri ikitərəfli formatda həll edirik", - deyə o, açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Cənubi Qafqazda və Xəzər dənizi regionunda Rusiyanın mühüm tərəfdaşı və müttəfiqi olduğunu bildirib.

İndiyədək iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt imzalanıb.

İki ölkə arasında əlaqələrdə əlamətdar hadisə 22 fevral 2022-ci il tarixində Moskvada yüksək səviyyədə müttəfiq əlaqələri barədə Bəyannamənin imzalanması olub. Bəyannamə xarici siyasətdə uzlaşma və hərbi-siyasi əməkdaşlığın möhkəmləndirilməsini, beynəlxalq terrorizmlə mübarizədə səylərin birləşdirilməsini, iqtisadi əlaqələrin gücləndirilməsini və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur. (Trend)

Oxşar xəbərlər