28.10.2025, 01:26
AZ EN
17.10.2025, 15:30 130

Ermənistan Zəngəzur dəhlizi layihəsini üç mərhələdə müzakirə edəcək

XƏBƏRLƏR
  • Vaşinqton razılaşmasından sonra “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” və ya qısaca olaraq TRIPP adlandırılan Zəngəzur dəhlizi layihəsinin Ermənistan ərazisindən keçən hissəsinin planlaşdırılması üzərində iş davam edir.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki. O, qeyd edib ki, Vaşinqton səfərindən sonra işçi qrup səviyyəsində bununla bağlı müzakirələrə başlanıb. Hazırda layihənin mətni üzərində iş aparılır: "Hazırda biz TRIPP layihəsinin əsas hissəsinin (Zəngəzur dəhlizi) keçdiyi əraziləri yoxlayırıq, həmçinin layihənin mətni üzərində işləyirik. Layihənin məzmunu formalaşdırılandan sonra növbəti mərhələlərdə işlər davam edəcək. İndi müəyyən elementlər artıq müzakirə olunur və biz onları vahid sənəddə birləşdirməliyik".

Baş nazir onu da vurğulayıb ki, proses birinci, ikinci və üçüncü mərhələlərdən ibarətdir Onun sözlərinə görə, hər üç mərhələnin yekununda layihənin icrasına başlamaq üçün müvafiq qərar qəbul ediləcək. Bundan sonra layihənin növbəti mərhələsi, yəni tikinti işlərinin başlanması nəzərdə tutulur.

Beləliklə, Ermənistan Zəngəzur dəhlizi layihəsini üç mərhələdə müzakirə etdikdən sonra tikinti işlərinə başlayacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər