22.11.2024, 15:51
AZ EN
14.09.2022, 09:06 340

Prezidentinin xüsusi nümayəndəsi: “Şəhidlərimizin qanı yerdə qalmadı”

XƏBƏRLƏR
  • "Şəhidlərimizin qanı yerdə qalmadı, bundan sonra da qalmayacaq".

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

“Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında mənfur düşmənin təxribatı nəticəsində Ordumuzdan 50 nəfər şəhid olmuşdur! Şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Şəhidlərimizin qanı yerdə qalmadı, bundan sonra da qalmayacaq!”, - Emin Hüseynov qeyd edib. (Report)

Oxşar xəbərlər