24.04.2025, 14:13
AZ EN
22.01.2025, 22:05 156

Moskvada Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin görüşü keçiriləcək

XƏBƏRLƏR
  • Yanvarın 28-də Moskvada Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin görüşü keçiriləcək.

Bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan və İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.

Onun sözlərinə görə, tərəflər Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşımaların həcmini 15 milyon tona çatdırmağı hədəfləyirlər.

“Ümid edirəm ki, yanvarın 28-də Moskvada keçiriləcək görüşdə hər üç ölkə Şimal-Cənub dəhlizi çərçivəsində tranzit fəaliyyətinin inkişafı ilə bağlı müvafiq razılaşmalar əldə edəcək”, - F.Sadiq bildirib.

O, ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsinin 20 faiz artaraq 580 milyon dollar təşkil etdiyini vurğulayıb. (Report)

Oxşar xəbərlər