"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Qarabağ Müharibəsi Veteranları Birliyi” təşkilatının sədri, ehtiyatda olan erməni polkovnik Qriqor Qriqoryan deyib. 1990-cı illərin əvvəllərində Qarabağ döyüşlərində iştirak etmiş Qriqoryan əlavə edib ki, əgər Ermənistanda müxalif qüvvələr ortaya çıxmasa, Azərbaycan Zəngəzur dəhlizini sülh yolu ilə əldə edəcək: "Gözlənilir ki, Baş nazir Nikol Paşinyan Günən (delimitasiya çərçivəsində ötən ilin yazında Azərbaycana qaytarılmış Kirants kəndini nəzərdə tutur) və Voskeparda (Əskipara) olduğu kimi, Zəngəzur dəhlizinin də tikintisi üçün maliyyə vəsaiti ayıracaq”.
Erməni polkovnik xüsusi olaraq vurğulayıb ki, əgər dəhliz sülh yolu ilə verilməsə, onun hərbi yolla əldə edilməsi ehtimalı 90 faizdir. Onun sözlərinə görə, demarkasiya və delimitasiya prosesinin növbəti mərhələsinin Zəngəzurda və Vayk (Qərbi Azərbaycanın Dərələyəz mahalı ərazisində rayon) sektorunda olacağı ehtimalı heç də az deyil. Baş verənlər Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyanı narahat edir. Hər kəsdə belə bir təəssürat yaranır ki, o, hər şeyə tüpürüb, baş verənlərə soyuqqanlı yanaşır. Xeyr, belə deyil, Zəngəzur dəhlizinin necə açılacağı Onik Qasparyanı çox narahat edir".
Ehtiyatda olan erməni polkovnik bununla Zəngəzur dəhlizi ilə bağlı məsələnin hərbi yolla həll ediləcəyi ehtimalının yüksək olduğuna işarə edir.
Elxan SALAHOV