22.11.2024, 08:44
AZ EN
02.05.2023, 11:22 331

Ermənilərin Azərbaycana reinteqrasiyası onların öz rəhbərlikləri tərəfindən tapdalanmış hüquqlarının bərpası olacaq

XƏBƏRLƏR
  • Məlum olduğu kimi, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd- təmin buraxılış məntəqəsindən sərbəst keçid artıq təmin olunub. Bu keçidin edilməsi bir sıra həqiqətləri üzə çıxarıb. Əvvəllər Ermənistanın təbliğat maşını belə bir dezinformasiya yayırdı ki, guya Azərbaycanın Qarabağda yaşayan ermənilərə aqressiv münasibəti var, onlara qarşı etnik təmizləmə siyasəti həyata keçirilə bilər. Ümumiyyətlə, Qarabağdakı erməni əhalinin Azərbaycana reinteqrasiyası mümkün deyil, çünki orada onları çox sərt cəza tədbirləri gözləyir və həqiqətə daban-dabana zidd olan bu kimi digər informasiyalar yayırdılar. Amma Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan çoxmillətli, çoxkonfesiyalı dövlətdir, ölkəmizdə bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Deməli, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra eyni hüquqlara malik olacaqlar.

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, sərhəd-buraxılış məntəqəsinin işə düşməsi ilə bu əminlik daha da güclənməlidir. Ermənilər daha da yaxşı dərk etməlidirlər ki, Azərbaycan sərhədçiləri çox böyük nizam-intizam və nəzakət çərçivəsində vətəndaşların keçidini təmin edirlər, hər yerdə qayda-qanun hökm sürür, hər şey qanun çərçivəsində tənzimlənir. Bütün bu reallıqlar, heç şübhəsiz, Ermənistanın illər ərzində, xüsusilə son zamanlar yaydıqları dezinformasiyaları çıxdaş vəziyyətə salır.

“Azərbaycan söz deyir və bu, həqiqətdə təsdiqini tapır, ermənilər isə yalan uydurur və həqiqət onu inkar edir. Reallıq bundan ibarətdir. Hesab edirəm ki, Laçın rayonunda, Laçın-Xankəndi yolunun başlanğıcında istifadəyə verilən sərhəd-buraxılış məntəqəsi bir daha ermənilərdə o əminliyi hasil edəcək ki, Azərbaycana reinteqrasiya nəticə etibarilə onların son 30 il ərzində Ermənistanın siyasi rəhbərliyi tərəfindən tapdalanmış hüquqlarının bərpası olacaq”, - deyə Elman Nəsirov qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR