"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Parlamentinin sabiq vitse-spikeri, müxalif Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov bildirib. O qeyd edib ki, mümkün ABŞ-İran münaqişəsi halında Vaşinqtonla ilə belə bir sazişin imzalanması Ermənistan üçün ciddi problemlər yaradacaq: "Belə bir mürəkkəb geosiyasi vəziyyətdə Rusiya və İranla münasibətləri pozmaq sadəcə axmaqlıqdır".
Erməni siyasətçi vurğulayıb ki, bu cür sənədlərin başqa ölkələr tərəfindən imzalanması onlara yaxşı heç nə gətirməyib: "Təhdidlər azalmayacaq, əksinə artacaq. Qərbin heç bir əsgəri Ermənistanın təhlükəsizliyini qorumağa gəlməyəcək. Qərb Ermənistanın anti-Rusiya və anti-İran olmasını istəyir".
Beynəlxalq siyasəti dərindən izləyən Azərbaycan təhlilçiləri də ABŞ-la Ermənistanla arasında əldə edilmiş razılaşmanın regiondakı vəziyyətə real təsirinin olmayacağı qənaətindədirlər. Politoloq Ramiz Yunus bildirib ki, prezident İlham Əliyevin yerli televizyalara son müsahibəsi həm Ermənistanı, həm də onun dünyadakı havadarlarını Bayden administrasiyasını İrəvanla strateji tərəfdaşlıq haqqında sənədi tələsik imzalamağa məcbur edib. Onun fikrincə, Ermənistanla belə bir sənədin ABŞ-ın yeni prezident Trampın andiçmə mərasimindən bir neçə gün əvvəl imzalanması təsadüfi deyil: "Trampın həm daxili, həm də xarici siyasətdə Baydenin bütün irsinə mənfi münasibətini nəzərə alsaq, çox güman ki, sənəd sadə kağız parçası olaraq qalacaq. Yaxın Şərqdə cərəyan edən geosiyasi proseslər, Azərbaycanın həm də strateji tərəfdaşı olan Türkiyə və İsrailin simasında ABŞ-ın regionda əsas müttəfiqlərinin güclənməsi bu sənədin sırf populizmdən xəbər verdiyinə sübutdur. Çalışırlar ki, gələcək Tramp administrasiyası üçün müəyyən çətinliklər yaratsınlar və ABŞ-də daxili siyasi mübahisələrdə “erməni kartı”ndan istifadə etsinlər. Dünyada heç kimə sirr deyil ki, Türkiyə-Azərbaycan tandemi ilə qarşılıqlı əlaqə olmadan Cənubi Qafqazda heç bir geosiyasi problemi həll etmək mümkün olmayacaq. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini və tam suverenliyi bərpa etməsini xatırlamaq kifayətdir".
Ramiz Yunus əlavə edib ki, Türkiyə -Azərbaycan tandeminin uğurları ABŞ-ın ermənipərəst administrasiyası olan Baydenin dövründə baş verib: "ABŞ-nin tarixi bunun əyani təsdiqidir. Prezident Trampın xarici siyasətindəki “erməni mərkəzliliyin” Cənubi Qafqaz regionu siyasətində prioritet olmayacağını güman etmək çətin deyil. Bunu İrəvanda Paşinyan hökuməti və bütövlükdə erməni cəmiyyəti nə qədər tez başa düşsə, hər iki tərəf üçün bir o qədər yaxşıdır. Arzuları reallığa çevirməyə cəhd etməyi dayandırıb, regionumuzun coğrafi xəritəsinə nəzər salmağın vaxtıdır".
Elxan SALAHOV