10.03.2025, 22:32
AZ EN
13.01.2025, 10:34 115

Ermənistan Azərbaycanın tərkibində muxtar respublika ola bilər

XƏBƏRLƏR
  • Ermənistan hökuməti 17 maddəlik sülh sazişi mətnində razılaşdırılmamış 2 bəndi də qəbul etməyə hazırlaşır. Bunlardan biri ATƏT-in Minsk qrupunun buraxılmasını, digəri isə beynəlxalq iddialardan qarşılıqlı şəkildə imtina etməsini nəzərdə tutur.

“Vətən səsi” xəbər verir ki, Ermənistanın Baş nazir Nikol Paşinyan ötən cümə səsləndirdiyi bu fikirlər Azərbaycanda ciddi qəbul edilmir. Rəsmi Bakı Paşinyanın həmin açıqlamasını sülh danışıqlarına zərbə vurmaq və prosesi ləngitməyə yönəldilmiş növbəti addım kimi dəyərləndirir. Çünki sülh sazişi layihəsində ATƏT-in Minsk qrupunun buraxılmasını nəzərdə tutan bəndin Ermənistan tərəfindən qəbul edildiyi barədə Azərbaycana rəsmi bildiriş göndərilməyib.

Müstəqil siyasi şərhçilər də Ermənistan Baş nazirinin razılaşdırılmamış iki maddəni qəbul etməsi barədə xəbəri yalan hesab edirlər. Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Ermənistan-Azərbaycamn münasibətləri konteksində sülh müqaviləsi üzərindən bir-iki bəndin müzakirə edilməsi feyk kimi görünür. Onun sözlərinə görə, prosesin kökündə bu iki bənd yox, sülh müqaviləsinin imzalanmasına gətirəcək nəticənin baltalanması prosesi gedir: “Prosesə bir qədər fərqli baxmaq, yeni ideyalar gətirmək lazımdır. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiya kanallarına müsahibəsində prosesi kifayət qədər əsaslandırıb. Həmin açıqlamaların içərisində yeni perspektivlər, yeni münasibətlər forması var və bu perspektivləri prezident açıq şəkildə söylədi. Bu gün əısas sual budur: Ermənistan müstəqil dövlət kimi nə qədər mövcud ola bilər? Dünyanın yeni xəritəsində Ermənistan kimi süni dövlətlərə yer olmayacaq. Azərbaycanla Türkiyə arasında süni şəkildə yaradılan bir dövlətin gələcəyi yoxdur. Ermənistanın nəsibi gec-tez Azərbaycana bağlı federasiya olmaqdır. Bu halda İrəvan düşdüyü vəziyyətdən qat-qat yaxşı ola bilər. Əslində Ermənistan həqiqətən ona görə dövlət deyil ki, onda dövlət kriteriyalarına xas prinsiplər yoxdur. Ermənistanın iqtisadiyyatı və ordusu da yoxdur”.

Ekspert Paşinyanın əvvəlllər daha maraqlı fikirləri olduğunu da diqqətə çatdırıb. O, qeyd edib ki, rəsmi İrəvan 44 günlük müharibədən sonrakı ilk dövrlərdə Bakı ilə danışıqlara daha çox maraq göstərirdi. Lakin son zamanlar Azərbaycanla münasibətləri normallaşdırmaqü perspektivləri gecikir: “İranın arxasına qoşulan ölkələrin aqibəti bəllidir. Ermənistan Suriya, Yəmən və Livanın yolunu gedir. Zəngəzur dəhlizinin açılmaması Ermənistanın sonunu gətirəcək amil kimi görünür. Proses sülh müqaviləsinə getməmişdən əvvəl “Zəngəzur əməliyyatı” da ola bilər”.

Əziz Əlibəyli onu da vurğulayıb ki, hazırda Azərbaycana Zəngəzur dəhlizini açmağa mane olacaq qüvvə yoxdur.

Elxan SALAHOV

Oxşar xəbərlər