Bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.
“Hazırda Ermənistanla strateji tərəfdaşlıq sənədinin imzalanması ilə bağlı "nəzərdən keçirəcəyimiz və ya elan edəcəyimiz heç nə yoxdur", – departamentdən bildirilib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-la strateji tərəfdaşlıq sənədinin müzakirəsi üçün görüş hazırlayırlar. Onun sözlərinə görə, tərəflər arasında strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa razılaşdıqları strateji dialoq mövcuddur.
A.Mirzoyan təfərrüatlara varmadan bildirib ki, əvvəlki Ermənistan-ABŞ razılaşmaları belə bir sənədin imzalanmasını nəzərdə tutur. (Report)