05.02.2025, 23:09
AZ EN
08.01.2025, 09:21 154

Paşinyan Qarabağ danışıqlarına aid sənədləri "bağlayır"

XƏBƏRLƏR
  • Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyana Qarabağ məsələsinə dair indiyədək aparılan danışıqlarla bağlı sənədlərin inventarlaşdırılmasını tapşırıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Paşinyanın ofisinə istinadən məlumat yayıb. Bildirilir ki, baş nazir Nikol Paşinyan Mirzoyana Qarabağ danışıqları ilə bağlı Xarici İşlər Nazirliyində olan sənədlərin inventarlaşdırılması haqda göstəriş verib. Bu materialların dərc olunub-olunmaması məsələsinə Ermənistanın dövlət təhlükəsizliyi maraqları nəzərə alındıqdan sonra icazə verilə bilər.

Xatırladaq ki, ötən ilin sonunda “Azadlıq” radiosu Nikol Paşinyana Qarabağ probleminin həlli ilə bağlı rəsmi sənədləri dərc etməyə hazır olub-olmadığı haqda sual ünvanlayıb. Nəşr bildirib ki, bu, cəmiyyətin faktlarla tanış olmasına və siyasi spekulyasiya etmədən nəticə çıxarmasına səbəb ola bilər.

Elxan SALAHOV

Oxşar xəbərlər