20.04.2025, 02:15
AZ EN
26.12.2024, 17:16 252

İrəvan-Moskva münasibətlərində soyuqluq dərinləşir

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB-nin Sankt-Peterburqda keçirilən sammitə getməməsi Rusiya ilə münasibətlərdəki soyuqluqdan qaynaqlanır. Onun guya, koronavirusa yoluxması səbəbindən səfəri təxirə salması bəhanədir.

“Vətən səsi” xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfiqarov bildirib. O, bildirib ki, Rusiyanın regional siyasətdə tutduğu mövqe Ermənistanın istəklərinə cavab vermədiyi üçün Paşinyan Qərbdən dəstək almaq istəyir. Buna görə də Baş nazir “koronovirusa yoluxduğu üçün” MDB-nin Sankt-Peterbirqda keçirilən sammitinə getməkdən imtina edib: “Görünür ki, Ermənistan Rusiyanın maraqlarına uyğun addım atmır. Ancaq Rusiyanın Ermənistanda hərbi bazaları hələ də qalır və bu, təhlükəsizliyini təmin edən əsas faktordur. Eyni zamanda da Ermənistan iqtisadi baxımdan Qərbdən yardım almaq istəyir və həmin istəklərinə də nail olmağı bacarır”.

Tofiq Zülfiqarov əlavə edib ki, Paşinyanın bu addımı Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqəli deyil. Onun sözlərinə görə, Rusiya Ermənistan münasibətlərindəki soyuqluq İrəvanın Qərbə yaxınlaşmasında və Moskva ilə məsafə saxlamasından qaynaqlanır: “Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının birbaşa aparılması qarşılıqlı şəkildə razılaşdırılıb və bu məsələdə İrəvanın Moskvadan heç bir narazılığı ola bilməz. Ona görə də Ermənistan baş nazirinin bu addımını Azərbaycan-Ermənistan mövzusuna bağlamaq olmaz”.

Politoloq hesab edir ki, Ermənistan Rusiyadan uzaqlaşma meyllərini davam etdirəcək. Bu isə iki ölkə arasında münasibətlərin qırılmas nöqtəsinin dərinləşməsi deməkdir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın COVİD-19 testinin nəticəsi müsbət çıxdığı üçün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində iştirak etmədiyini bildirməsi birmənalı qarşılanmayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər