25.04.2025, 09:38
AZ EN
25.12.2024, 13:18 191

Ermənistandan Rusiyanı qıcıqlandıran addım: Paşinyan son anda imtina etdi

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Sankt-Peterburda öz işinə başlayan MDB dövlət başçılarının qeyri-rəsmi sammitinə qatılmaqdan son anda imtina edib. Onun uzunmüddətli hazırlıqlara baxmayaraq, bu mühüm toplantıda iştirak etməməsi koronavirusa yoluxması göstərilir.

"Vətən səsi" xəbər verir ki, Paşinyanın iki günlük sammitdə iştirak edə bilməməsinin səbəbi COVİD-19 testinin müsbət çıxması olub. Onun bu qərarı başda Rusiya olmaqla, sammitdə iştirak edən ölkələrinin liderləri arasında məyusluqla qarşılanıb. Siyasi şərhçilər isə Paşinyanın MDB-nin qeyri-rəsmi sammitinə qatılmamamsını siyasi amillərlə izah edirlər.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Paşinyanın koronavirusa yoluxması barədə xəbərlər onun sammitə getməmək qərarına haqq qazandırması üçün sadəcə bəhanədir. Onun sözlərinə görə, Rusiyanın asılılığından birdəfəlik yaxa qurtarmaq istəyən Ermənistan Moskvanın himayəsi altında fəaliyyət göstərən birliklərdəki fəaliyyətini dondurmaq və Avropa ilə əməkdaşlığı genişləndirmək niyyətindədir: “Ermənistannın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxduğunu əsas gətirərək, MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitinə qatılmayacağını bəyan edib. Məncə bu, bəhanədir və Paşinyan sadəcə olaraq Rusiyaya getməmək üçün belə bir vasitəyə əl atıb".

Politoloq bildirib ki, bir neçə gün əvvəl Moskvada Avripa İqtisadi Birliyinin (AİB) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri ilə görüşməkdən imtina edib. İndi isə Paşinyan Putinə cavab olaraq Peterburqa keçirilən sammitə getməmək qərarına gəlib: "Ermənistan Rusiyanın dominant olduğu təşkilatların tədbirlərinə qatılmaqdan imtina edir. İrəvan iki ildir KTMT-nin tədbirlərinə qatılmır, AİB-in sammitlərinə də öz iqtisadi maraqlarını təmin etmək üçün gedir. Paşinyan artıq MDB-ni də boykot etməyə başlayıb. Gedişat göstərir ki, Ermənistan KTMT, MDB və AİB-dən çıxacaq, İrəvanda buna hazırlıq gedir. Zənnimcə, Paşinyan 2026-ci ildə keçiriləcək seçkilərdə növbəti qələbəsini rəsmişləşdirdikdən sonra bu yöndə əməli addımlar atacaq. Həmçinin Ermənistan rəhbərliyi bunun üçün Rusiya-Ukrayna müharibəsinin nəticələri və Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gözləyir”.

Xatırladaq ki, MDB-nin qeyri-rəsmi sammiti bu gün başlayır. Sank-Peterburqda keçirilən toplantı sabah da davam etməlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər