14.12.2024, 18:57
AZ EN
13.12.2024, 20:53 122

Prezidentin köməkçisi: Diqqətdə saxlamalı olduğumuz məsələlərdən biri də texnologiyanın gətirdiyi fürsətlərdir

XƏBƏRLƏR
  • Texnologiyanın inkişafına müqavimət göstərmək olmaz, bizim diqqətdə saxlamalı olduğumuz məsələlərdən biri də texnologiyanın gətirdiyi fürsətlərdir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) çərçivəsində Azərbaycana həsr olunmuş paneldə çıxışı zamanı deyib.

O bildirib ki, bu kontekstdə süni intellekt Azərbaycanın prioritet istiqamətlərindən biridir.

H.Hacıyevin sözlərinə görə, süni zəka texnologiyalarından Azərbaycan mediası və diplomatiyasında gündəlik olaraq istifadə edilir.

O əlavə edib ki, 2-ci Qarabağ Müharibəsi zamanı süni intellektdən istifadə edilərək Azərbaycan çox intensiv dezinformasiyanın hədəfinə çevrilmişdi. (Report)

Oxşar xəbərlər