23.12.2024, 02:09
AZ EN
06.11.2024, 17:50 135

Köçəryan: "Regionda baş verənlər Paşinyan hökumətinə risk yaradır"

XƏBƏRLƏR
  • Qırx dörd günlük müharibə və müharibədən sonra davamlı xarakter alan uğursuzluqlar Ermənistanda hakimiyyəti üçün böyük başağrısına çevrilib. Artıq erməni ictimaiyyətinin hakimiyyətə inamı əməlli-başlı sarsılıb.

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Karen Köçəryan deyib. O, qeyd edib ki, hazırda  Ermənistan hakimiyyətinin taleyi ABŞ-da keçirilən prezident seçkilərindən asılıdır: “Ermənistan hökumətinin taleyi bu seçkidən asılıdır. Regionumuzun da diqqət mərkəzində olduğu dünyada baş verən qlobal dəyişikliklər fonunda konkret nəsə demək sadəlövhlük olardı. Vəziyyətin necə sürətlə dəyişdiyini görürük. Hər şey mümkündür, hakim komandanın çat verəcəyini iddia etmirəm, amma istisna da etmirəm”.

Erməni ekspert Baş nazir Nikol Paşinyanın komandasına nəzarəti saxlaya bilib-bilmədiyini şərh edərək bildirib ki, hakim komanda klanlara bölünüb və hakimiyyətin müxtəlif qollarında nüfuz sahibi olan iri məmurlar tədricən nəzarətdən çıxır: “Düşünürəm ki, bu klanlar nəzarətdən çıxırlar. Əminəm ki, hakimiyyət qanadlarında öz oyunlarını oynayan çoxlu oliqarxlar var, indi onlar gözə dəymirlər, fəaliyyətləri və maraqları kölgədə qalırlar”.

Karen Köçəryan Ermənistanın daxilindəki siyasi qüvvələrin, xüsusilə hakimiyyətdaxili klanların Paşinyan üçün risklər yaratdığını iddia edir. O, Cənubi Qafqaz regionunda baş verən hadisələrin də burada az rol oynamadığını bildirib.

Elxan SALAHOV

Oxşar xəbərlər