Bu fikirləri Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahəddin Qaya açıqlamasında deyib.
Doğma xalqı üçün taleyüklü məqamda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardığını vurğulayan Bahəddin Qaya deyib: “Ümummilli Lider 1990-cı illərin əvvəllərində parçalanmaq və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən, Ermənistan tərəfindən torpaqlarının 20 faizi işğal edilən bir ölkəni qısa müddətdə son dərəcə sabit, dünyada nüfuz sahibi olan, bütün sahələrdə lider dövlətə çevirən dahi şəxsiyyət idi. Müstəqilliyin əvvəllərində müxtəlif çətinliklərə və böyük siyasi təzyiqlərə baxmayaraq, Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasına imkan yaradan nəhəng layihələr məhz Ulu Öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində mümkün oldu. Qürurverici haldır ki, dahi şəxsiyyətin uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Müasir müstəqil Azərbaycanın otuz il ərzində belə inkişaf səviyyəsinə çatmasının iftixar hissi doğurduğunu qeyd edən Bahəddin Qaya bildirib: “Müasir müstəqil Azərbaycanın vətəndaşları və gələcək nəsillər bu dövlətin banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim minnətdarlıq hissi ilə yad edəcəklər”. (AZERTAC)