Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, dövlət katibi şənbə günü bəyanat yayaraq, Moskvada "Crocus City Hall"a hücum nəticəsində insan tələfatı ilə əlaqədar ABŞ adından dərin hüznlə başsağlığı verib.
“Bu dəfə olduğu kimi, əgər gələcəkdə kəşfiyyat məlumatımız olarsa, biz təbii ki, onu Rusiya hökumətinə təqdim edəcəyik, çünki terror hücumlarının dünyanın heç bir yerində uğurlu olmasını istəmirik”, - deyə Miller bildirib.
O qeyd edib ki, ABŞ-ın heç vaxt rus xalqı ilə problemi olmayıb.
“Əgər potensial hücumlarla bağlı kəşfiyyat məlumatımız olarsa, biz də dərin fikir ayrılıqları olan İran hökumətinə təqdim etdiyimiz kimi, Rusiya hökumətinə də bu məlumatları təqdim edəcəyik. Bizim İran və Rusiya xalqı ilə heç bir problemimiz yoxdur.
Ancaq aydındır ki, biz Rusiya hökuməti ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək və ya hər hansı təhlükəsizlik sazişi bağlamaq fikrində deyilik”, - o əlavə edib.
Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan terroristlər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib. (Trend)