Bunu Azərbaycan Milli Məclisinin deputatı, hüquqşünas Erkin Qədirli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" adlı konfrans çərçivəsində keçirilən "Ermənistan Konstitusiyasının və Qanunlarında Sülh Müqaviləsinə əngəllər" mövzulu paneldə deyib.
Deputat vurğulayıb ki, konstitusiyada preambula parlament tərəfindən referendumla dəyişdirilə bilər:
"Ancaq, təəssüf ki, Ermənistanın Konstitusiya Məhkəməsi məsələni qəlizləşdirərək hesab edir ki, preambula, ümumiyyətlə, dəyişdirilə bilməz. Amma bilməlidirlər ki, bizim bütöv preambula ilə işimiz yoxdur, problem xüsusi cümlədədir. Onun dəyişdirilməsini istəyirik". (Report)