17.12.2024, 15:53
AZ EN
06.12.2024, 19:59 123

Azərbaycanlıların qayıdış hüququna dair konfransın iştirakçıları Bakının görməli yerlərini ziyarət ediblər

XƏBƏRLƏR
  • Dekabrın 6-da Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda təşkil etdiyi II Beynəlxalq konfransın iştirakçıları və İcmanın üzvləri Zəfər Parkında, Hərbi Qənimətlər Parkında, Bayraq Meydanında, İçərişəhərdə olublar.

Şəhər turu zamanı xarici qonaqlara ziyarət etdikləri məkanlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, dekabrın 5-6-da keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda konfransda 51 ölkədən qonaqlar iştirak ediblər.

Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər şəxs Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul olunub.(AZERTAC)

Oxşar xəbərlər