24.04.2025, 05:28
AZ EN
04.12.2024, 14:50 297

Ermənilər “qurban xalq” obrazından xilas olmaq istəyir...

XƏBƏRLƏR
  • Ermənilərin yüz illər ərzində formalaşdırmaq istədikləri uydurma “yazıq və məzlum erməni milləti” mifi dağılıb. İndi nə xarici ölkələrdə böyük maliyyə siyasi dayaqlara malik erməni diasporunun, nə də soyqırımı və digər uydurma ittihamlar bəhanəsilə qərbin Ermənistana verdiyi dəstək əvvəlki kimi işə yaramır. Bədnam erməni xislətinin, erməni vandalizminin eybəcər təzahürlərinin müasir dünyanın marağında olmadığını deyəsən, Ermənistanda da başa düşməyə başlayıblar.

“Vətən səsi” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı ermənilərin dünyadakı simasını dəyişdirmək istədiyini bildirib. O, dünyanın erməniləri qurban xalq kimi gördüklərini və bu mifin Ermənistana ciddi zərbə vurğuğunu deyib: "Bizi beynəlxalq aləmdə "qurban xalq" kimi tanıyırlar. Problemlərimizi analiz edərək dalana dirənməməyimiz üçün həll təklif edirəm. Deyirəm ki, biz başqa məntiq seçməliyik. Dövlət məntiqinə üstünlük verməliyik, o dövlət ki, ancaq öz maraqlarından irəli gələrək hərəkət edir. Həmin dövlətin konkret beynəlxalq tanınmış ərazisi, məsuliyyət zonası olsun və o, bu zonanın maraqlarına müvafiq hərəkət etsin".

Paşinyan etiraf edib ki, Avropa ölkələrində Azərbaycana qarşı aparılan kampaniyalar nəticə etibarilə effetiv deyil. Onun sözlərinə görə, müxtəlif dövrlərdə siyasi hakimiyyətlərin yol verdiyi yanlışlıqları ört-basdır etməkdənsə əsil həqiqətləri çəkinmədən söyləmək və problemin üzərinə getmək dövlət quruculuğu işinin ana xətti olmalıdır: “Çox təəssüf ki, bu, həmişə belə olmayıb. Lakin indi gec deyil və bizim hökumətin əsas missiyası həm də ermənilər haqqında “qurban xalq” obrazını dağıtmaqdır”.

Elxan SALAHOV

 

Oxşar xəbərlər