01.12.2024, 20:46
AZ EN
29.11.2024, 18:15 116

Bu gün Azərbaycan uğurlu sosial siyasəti ilə bir çox ölkələr üçün örnəkdir

XƏBƏRLƏR
  • Azərbaycan dövləti daim sosial siyasət həyata keçirir və vətəndaşların rifahı həmişə dövlət siyasətinin ön planında dayanıb. Ölkədə həyata keçirilən uğurlu sosial siyasətin nəticəsidir ki, bu gün Azərbaycan sosial dövlət olaraq bir çox ölkələr üçün örnəkdir. Eyni zamanda, Azərbaycan dövləti vətəndaş amilini hər zaman önə çıxararaq ölkədə ictimai-siyasi sabitliyə, önəmli rifah və yüksəliş göstəricilərinə təsir göstərən amillərin daha da güclənməsi tezislərini inkişaf etdirir. Nəzərə almalıyıq ki, son bir neçə il ərzində Azərbaycanda xeyli önəmli addımlar atılıb.

Bu sözləri açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, məhz bu göstəricilərə görə Azərbaycan beynəlxalq münasibətlərdə regional oyunçudan qlobal siyasi gücə çevrilib, eyni zamanda, daxili siyasət baxımından atılan addımlar ölkə vətəndaşları ilə dövlət arasında birliyin, xalq ilə iqtidar arasındakı güclü bağların daha da möhkəmlənməsinə səbəb olub. Vətəndaşın rifahının yüksəldilməsi dövlət siyasətində davamlı xarakter almağa başlayıb. Belə ki, ötən dövr ərzində minimum pensiya iki dəfədən çox artırılıb. Eyni zamanda, həm orta aylıq pensiya, həm yaşa görə orta aylıq pensiya, bütövlükdə müavinət və təqaüdlərin bir neçə dəfə artımı həyata keçirilib. Bu da vətəndaşlarda güvən, dövlətə bağlılıq hissinin güclənməsinə səbəb olur.

Azərbaycanda maaş və müavinətlərin artırılmasının ənənə halını aldığını bildirən ekspert qeyd edib ki, bütün bunlar təkcə vətəndaşların rifahını gücləndirmir, həmçinin sosial inteqrasiyaya təsir göstərir. “Bu, ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafına da böyük təkan verir. Azərbaycanda həyata keçirilən sosial siyasət vətəndaşın sosial təminatını gücləndirib. Özünüməşğulluq sahəsində böyük proqramlar həyata keçirilib. Bölgələrin inkişafı paytaxt Bakı ilə birgə davam edib. Azərbaycan bütün bu sosial göstəricilərlə bərabər torpaqlarını işğaldan azad etməklə ərazi bütövlüyünü bərpa edib. Azərbaycan heç kimin köməyi olmadan işğaldan azad etdiyi torpaqlarda abadlıq işləri aparır. Bu işlərlə paralel əhalinin sosial rifahı, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzində olub”, - deyə T.İsmayılov qeyd edib. (AZERTAC)

Oxşar xəbərlər