12.12.2024, 18:26
AZ EN
17.04.2024, 13:28 300

Soltan Məmmədov: Fransa Azərbaycanla əlaqələri korlamaq üçün mümkün olan bütün addımları atıb

XƏBƏRLƏR
  • Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsində təşəbbüskar tərəf olmayıb. Əksinə, ikitərəfli əlaqələrdə qarşılıqlı etimadın möhkəmlənməsinə, münasibətlərin beynəlxalq hüquq normalarına uyğun, bir-birinin maraqlarına hörmət prinsipləri əsasında qurulmasına çalışıb.

Bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov qeyd edib ki, Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırması rəsmi Parisin ikitərəfli münasibətlərdə etimadın bərpasında maraqlı olmadığını göstərir: “Ötən ilin sonlarında Fransa Milli Assambleyasında Azərbaycanla Dostluq qrupunun fəaliyyətinin dondurulmasından sonra parlamentlərarası əməkdaşlıq da dayandırılıb. Fransanın Ermənistanı silahlandırmaq təşəbbüsləri və Azərbaycana qarşı müxtəlif beynəlxalq platformalarda atdığı qərəzli addımlar fonunda səfirin geri çağırılması gözlənilməz hesab edilə bilməz. Fransanın Azərbaycanla bağlı atdığı bütün addımların mahiyyətinə, qəbul etdiyi qərarların məzmununa diqqət yetirsək, bizim ölkəmizlə təzyiq və təhdid dili ilə danışmaq cəhdlərini müşahidə edirik. Fransa Cənubi Qafqazda gedən proseslərə müdaxilə etməyə çalışır və Azərbaycanı bu məsələdə əsas maneə kimi görür. Çünki Azərbaycan tamamilə müstəqil siyasət yürüdür, başqa ölkələrin diktəsi ilə addım atmır. Bu bir reallıqdır, lakin Fransa hələ də bu reallığı düzgün qiymətləndirə bilmir”.

Deputat bildirib ki, Fransa Azərbaycanla əlaqələri korlamaq üçün mümkün olan bütün addımları atıb. Azərbaycanın qəbul etdiyi qərarlar isə yalnız rəsmi Parisin qərəzli siyasi bəyanatlarına və qərarlarına cavab mahiyyətində olub: “Azərbaycanın xarici siyasətinin ən vacib prinsipi münasibətlərin qarşılıqlı hörmət, bir-birinin fundamental xarakterli maraqlarını nəzərə almaq şərtilə qurulmasıdır. Təəssüf ki, biz Fransanın tamamilə fərqli yanaşma nümayiş etdirdiyini görürük. Bu cür qərəzli və birtərəfli siyasət isə heç zaman səmərəli ola bilməz”. (APA)

Oxşar xəbərlər