12.09.2025, 12:39
AZ EN
03.09.2025, 14:57 119

Zəngəzur dəhlizi: öhdəliklər dəyişdirilə bilməz

XƏBƏRLƏR
  • “Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin nəzarətində olacaq”.

"Vətən səsi" xəbər verilir ki, bunu erməni politoloq Arman Abovyan deyib. O, qeyd edib ki,  avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Bakı və İrəvan arasında imzalanmış razılaşma əsasında dəhlizə Türkiyə və Azərbaycanın nəzarət edəcəyi müəyyənləşib.

Abovyan marşrutun “Tramp yolu” yox, məhz Zəngəzur dəhlizi adlandırılacağını da söyləyib. onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında marşrutu “Tramp yolu” yox, "Zəngəzur dəhlizi" adlandırması heç də təsadüfi deyil.

Dünya dövlətlərinin Şərqlə Qərb birləşdirəcək nəqliyyat xətti layihəsinə böyük maraq göstərdiyini və regiondakı supergüclərin bundan bəhrələnməyə çalışdığını deyən erməni ekspert əminliklə vurğulayıb ki, dəhlizi Türkiyə-Azərbaycan tandeminə təhvil verilib: “Trampın özü də Vaşinqtonda keçirilən görüşdə dəfələrlə Sünikdən (Qərbi Zəngəzur) keçən yoldan dəhliz kimi danışmışdı. Yəni ABŞ prezidenti faktiki olaraq söhbətin adi yoldan yox, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında açılacaq dəhlizdən getdiyinə işarə eləmişdi. Ola bilsin, kimlərsə unudub ki, rəsmi olaraq “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılan layihə ABŞ-yə tranzit dəhlizinin inkişafı üçün müstəsna hüquqların verilməsini nəzərdə tutur. Başqa sözlə, bu, ekstraterritorial dəhlizdir”.

Arman Abovyan vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq öhdəliklər artıq razılaşdırılıb və nə Ermənistan, nə də hər hansı başqa bvir ölkə bu öhdəlikləri pozmaq, yaxud da dəyişdirmək iqtidarında deyil. Onun sözlərinə görə, dəhlizdə təhlükəsizlik məsələrinə, o cümlədən yük və sərnişin daşımalarına ABŞ şirkətləri nəzarət edəcək: "Ermənistan ərazisindən keçməklə Azərbaycandan gələn yükləri və insanları kim yoxlayacaq? Əslində cavab bəllidir. Şübhəsiz ki, TRIPP ABŞ vasitəsilə Türkiyə və Azərbaycana hədiyyədir. Bununla bağlı aydın olmayan nəsə varmı? Nə deyilməsindən asılı olmayaraq, Ermənistan hökuməti dəhlizlə bağlı razılaşmaları yerinə yetirəcək”.

 

Elxan SALAHOV

 

Oxşar xəbərlər