18.01.2026, 19:56
AZ EN
29.10.2025, 17:49 152

Zəngəzur anlaşması: yol, boru kəməri, elektrik və rabitə xətləri çəkiləcək

XƏBƏRLƏR
  • Vaşinqton razılaşmasının tələblərinə uyğun olaraq "Tramp marşrutu” layihəsi həyata keçiriləndən sonra kommunikasiya açılımı çərçivəsində Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yolları ilə paralel boru kəmərləri, elektrik xətləri və rabitə kabelləri çəkiləcək.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. O, qeyd edib ki, Vaşinqtonda bəyannamənin qəbulu və sülh sazişinin paraflanmasından sonra Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasından istiqamətində əhəmiyyətli addımlar atılıb: “Avqustun 8-də Bəyannamənin qəbulu və Sülh Sazişinin paraflanması artıq sülhün bərqərar olmasından xəbər verir. Buna baxmayaraq, bir sıra humanitar məsələlər həllini tapmamış qalır. Bu məsələlərdən biri çoxlu sayda itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlıdır".

Spiker əlavə edib ki, Vaşinqtondan keçirilən görüşlərin nəticəsi olaraq Ermənistan ABŞ ilə birlikdə “Tramp yolu” təşəbbüsünün qarşılıqlı razılaşdırılmış şəkildə üçüncü tərəflərlə həyata keçirilməsini təmin edəcək. Onun sözlərinə görə, buraya həm dəmir yollarının inkişafını, həm də Ermənistan, Azərbaycan və qonşu ölkələr arasında magistral yolları, boru kəmərləri, elektrik xətləri və rabitə kabellərinin çəkilməsi perspektivləri də daxildir.

Ermənistan parlamentinin spikeri bu açıqlaması ilə Vaşinqton görüşlərində Zəngəzur dəhlizi ilə bağlı mühüm anlaşmanın əldə olunmasını bir daha təsdiqləyib. Avtomobil və dəmir yolları, boru kəməri, elektrik və rabitə xətlərinin çəkilməsi perspektivləri "Tramp marşrutu” layihəsinin məhz dəhliz statusu daşıdığına işarədir.

Elxan SALAHOV

Oxşar xəbərlər