10.10.2025, 01:32
AZ EN
13.01.2025, 19:40 211

Antonio Koşta Paşinyanla Aİ-Ermənistan münasibətlərində “müsbət dinamikanı” müzakirə edib

XƏBƏRLƏR
  • Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Bu barədə Aİ lideri “X”də paylaşım edib.

O, Nikol Paşinyanla Aİ-Ermənistan münasibətlərində “müsbət dinamikanı” müzakirə etdiklərini bildirib.

Eyni zamanda, Antonio Koşta Ermənistan lideri ilə söhbətində “Aİ-nin ortaq dəyərlərə əsaslanan tərəfdaşlığı daha da gücləndirmək və bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək öhdəliyini ifadə etdiyini” vurğulayıb. (APA)

Oxşar xəbərlər