20.09.2024, 12:57
AZ EN
12.10.2023, 11:12 216

Sahibə Qafarova: Prezident İlham Əliyev xalqımızın hörmət və sevgisini qazanıb

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi işlərlə xalqımızın hörmət və sevgisini qazanıb.

Bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz nailiyyətlər əldə edilib: “Bütün bu nailiyyətlərin təməlində Ulu öndər Heydər Əliyevin başlatdığı və İlham Əliyevin davam etdirdiyi xarici və daxili siyasət dayanır. Azərbaycanda istehsal olunan ÜDM 3,6 dəfə artıb. Biz parlamentdə hər il dövlət büdcəsini müzakirə və təsdiq edirik. 20 ilə yaxındır dövlət büdcəsini gəlirləri 25 dəfədən çox, xərcləri isə 26 % artıb. İnsanların rifah halı yüksəlib. Ölkəmizin yüksəlişi bir sıra amillərlə bağlıdır. Azərbaycan neft və qaz yataqları ilə zəngindir. Prezident İlham Əliyev neft və qaz yataqlarından səmərəli istifadəni dövlət siyasətinin prioritet istiqamətinə çevirib. Prezident İlham Əliyevin həyata keçirdiyi layihələr həm indiki, həm də gələcək nəsillərin firavan yaşamasına şərait yaradacaq. Ancaq iqtisadiyyat bir sahədən asılı ola bilməz. Ona görə də qeyri-neft sektorunun inkişafı da müşahidə edilir. Ötən dövrdə ölkəmizin iqtisadiyyatına milyardlarla ABŞ dolları həcmində sərmayə qoyulub. Həyata keçirilən infrastruktur layihələri nəticəsində ölkəmiz nəqliyyat dəhlizinə çevirilib”. (APA)

Oxşar xəbərlər