"Vətən səsi" xəbər verir ki, siyahı “Qlobal emosiyalar” hesabatında yer alıb. Sənəddə 2024-cü ili daha aqressiv və hiddətli keçirən ölkələrin adları digər ölkələrə münasibətdə aqressivliyinin dərəcəsi nəzərə alınmaqla sıralanıb. Hesabatda ölkələrin iqtisadi tərəddüdləri, gündəlik həyat şəraitindəki çətinliklər və insanların ümumi emosional vəziyyəti nəzərə alınıb. Tədqiqat ölkələrin sosial-iqtisadi şəraiti və insanların ümumi emosional vəziyyəti əsasında aparılıb. Həmin göstəricilərə görə, Ermənistan siyahıda 3-cü yerdədir.
Beləliklə, bu il dünyanın ən aqressiv və hiddətli ölkələr arasında ilk onluğa düşənlər bunlardır:
1. Livan
2. Fələstin
3. Ermənistan
4. İraq
5. Əfqanıstan
6. İordaniya
7. Mali
8. Sierra Leone
9. Ekvator Ginesi
10. Nigeriya
Elxan SALAHOV