01.12.2024, 22:33
AZ EN
05.11.2024, 18:02 142

İrəvandan Bakıya göndərilən təkliflərdə nə var: Zəngəzur dəhlizi, sərhədlər...

XƏBƏRLƏR
  • Ermənistan Azərbaycana sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərib. Yeni təkliflər paketində hansı müddəaların yer aldığı açıqlanmasa da, sərhədlərin delimitasiyası və kommunikasiyalarla bağlı məsələlərilə bağlı İrəvanın daha yumşaq yanaşmalarla çıxış etdiyi güman olunur. Bunu Ermənistanın xarici işlər naziri Paruyr Ovannisyanın  bu gün verdiyi açıqlamalrdan da sezmək olar.

 

"Vətən səsi" xəbər verir ki, erməni mətbuatının yaydığı məlumata görə, Ovannisyan rəsmi İrəvanın Bakıya göndərdiyi təkliflərdən bəhs edərkən "kommunikasiyaların sadələşdirilmiş prosedurlarla açılması və yollara nəzarət məsələsi"dən danışıb. Lakin o, təfərrüatlara varmaqdan çəkinib: "Sənəd yekunlaşmadığından təfərrüatları yayımlaya bilmərik, amma əsas ideya yolların və ya nəqliyyat dəhlizlərinin açılmasıdır. Burada qeyri-adi elementlər yoxdur və söhbət kommunikasiyaların maksimum açıqlığından gedir".

Nazir müavini onu da əlavə edib ki, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması məsələsində üçüncü tərəfin iştirakı, yollara nəzarəti, təhlükəsizliyi və ya başqa üsulları istisna edilir: "Ən mühüm əsas ondan ibarətdir ki, Ermənistanın suverenliyi qorunur və bu kommunikasiyalar üzərində nəzarəti mexanizmi hər iki ölkənin maraqlarını təmin edir".

Paruyr Ovannisyan kommunikasiyaların sadələşdirilmiş prosedurlarla açılması və yollara nəzarət məsələsi ilə bağlı İrəvanın Azərbaycana verdiyi təkliflərin ümumi razılaşmaların ruhuna uyğun olduğunu da söyləyib: "Son vaxtlar çox gərgin görüşlər oldu, amma hələlik nəticələr barədə danışa bilmərəm. Amma görüşlər və təmaslar baxımından görünməmiş dərəcədə aktivlik olub".

Nazir müavini İrəvanın qondarma erməni soyqırımı məsələsinin özünün prioritetləri siyasından çıxarması barədə məlumatlara da münasibət bildirib. O, deyib ki, söhbət Ermənistan dövləti üçün vacib prioritetlərdən gedir: "Biz digər prioritetlər üçün biz bir sıra addımlar atırıq. Dekabrda Ermənistan kifayət qədər iddialı proqramı olan qlobal foruma ev sahibliyi edəcək. Bizim üçün soyqırımının qarşısının alınması məsələsi mühüm məsələlərdən biri olaraq qalır. Burada söhbət prioritetlərdən gedir”.

Elxan SALAHOV

Oxşar xəbərlər