20.04.2025, 02:15
AZ EN
04.11.2024, 14:13 308

Soyqırımı mövzusu Ermənistanda parçalanma yaradır

XƏBƏRLƏR
  • Ermənistanın xarici işlər naziri Ararat Mirziyanın “Erməni soyqırımı məsələsi bağlanıb, onun tanınması rəsmi İrəvanın xarici siyasətində prioritet deyil"  açıqlaması son bir neçə gündə yerli mətbuatın əsas mövzularından birinə çevrilib.

"Vətən səsi" xəbər verir ki, xarici işlər nazirinin gözlənilmədən belə bir açıqlama ilə çıxış etməsi erməni ictimaiyyətində böyük rezonansa səbəb olub. Yerli mətbuat hər gün demək olar ki, bu mövzudan yazır və Paşinyan hökumətini yüz ildən artıq davam edən ideoloji siyasətə qarşı çıxmaqda, Ermənistanın regional və beynəlxalq aləmdə nüfuzdan salmaqda  günahlandırır.

Hakimiyyətə müxalif mövqeyi ilə seçilən "Hraparak" qəzetində dərc olunan məqalələrin birində isə Paşinyan və onun komandası ölkənin milli maraqlarını satmaqda ittiham edilir. Nəşr yazır ki, Ermənistan hökuməti bu gün “erməni soyqırımı”ndan danışmamağı seçirsə və xarici işlər naziri vasitəsilə məsələnin bağlandığını bəyan edirsə, sabah ondan birdəfəlik və tamamiolə imtina edildiyini açıqlayacaq: "Baş nazir Nikol Paşinyan artıq soyqırımı məsələsinin dəstəklənməməli olduğunu deyib, sadəcə aydınlaşdırılması üçün türk və erməni tarixçilərin birlikdə araşdırma aparılması üçün çağırış edib".

Məqalədə qeyd olunur ki, Birinci Qarabağ müharibəsində Ermənistan qalib mövqeyində olduğu üçün bu məsələni istədiyi şəkildə diqtə edirdi. O zamankı erməni hökuməti də soyqırımının tanıdılmasını dəstəkləyib. Sonrakı Prezident Serj Sərkisyan Türkiyə ilə diplomatik münasibətlərin qurulması üçün “futbol diplomatiyası”ndan istifadə edib. Lakin bu cəhd uğurlu olmayıb.

Nəşrin yazdığından belə anlaşılır ki, Ermənistanın ABŞ və Avropadakı siyasi mərkəzlərin, habelə diaspor təşkilatları vasitəsilə Türkiyə və Azərbaycana qarşı "ən güclü silah" kimi istifadə etdiyi qondarma soyqırımı ideyasının arxasından çəkilmək heç bir halda İrəvanın maraqlarına uyğun deyil. Əksinə, bu ideya ümummilli erməni cəmiyyətini və xaricdəki böyük erməni diasporunu aktiv saxlamaq üçün əsas "ideoloji silahdır". Ona görə də soyqırımı məsələsinin ölkənin prioritet siyasətindən kənarda saxlanılması cəmiyyətdə parçalanma yaradır.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl parlamentdəki çıxışı zamanı müasir dövrün qolobal çağırışlarından və regiondakı vəziyyətdən danışarkən qondama erməni soyqırımı məsələsinin aktuallığını itirdiyini deyib. Nazir söyləyib ki, hazırda regionda sülhün bərqərar olması, qonşu dövlətlərlə, o cümlədən Türkiyə ilə iqtisadi əlaqələrin qurulması çox önəmlidir. Onun sözlərinə görə, erməni soyqırımının tanınması rəsmi İrəvanın xarici siyasətində prioritet deyil.

Yeri gəlmişkən, 1915-ci ildə Osmanlı imperiyasına qarşı üsyan qaldırıb, qətliamlar törədən ermənilər imperiyanın cənub ərazilərinə köçürülüblər. Ermənistan və erməni lobbisi uzun illər bu hadisələrin “soyqırımı” olduğu ilə bağlı saxta təbliğat aparıblar.

Elxan SALAHOV

Oxşar xəbərlər