10.10.2025, 23:45
AZ EN
24.10.2024, 14:45 359

Rusiya Prezidenti Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasını təqdir edib

XƏBƏRLƏR
  • Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasını qeyd etmək çox xoşdur.

Bunu Rusiya Prezidenti Vladimir Putin Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, delimitasiya və demarkasiya proseslərinin başlanması sülh müqaviləsinə gedən düzgün yoldur.

Putin BRICS+ sammitində Azərbaycan və Ermənistan liderləri arasında fikir mübadiləsinin aparılmasının tədbirə müsbət dəyər qatdığını söyləyib. (APA)

Oxşar xəbərlər