Məsələ bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu zəng Prezident İlham Əliyevin güclü bir lider kimi Qərb dövlətləri tərəfindən, ABŞ tərəfindən qəbul edildiyini göstərir.
“Eyni zamanda, bu zəng bir hesabat xarakteri daşıyır. ABŞ kimi böyük bir dövlət Azərbaycanın mövqeyini nəzərə alır və Azərbaycan Prezidentinə zəng edərək, ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı məlumat verir.
Əlbəttə, bu görüşə qədər Azərbaycan müxtəlif kanallar vasitəsilə dəfələrlə bu görüşün bu formada keçirilməsinin düzgün olmadığını bildirmişdi”, - deyə C.Məmmədov əlavə edib. (Trend)