Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktor müavini Tural Qasımov deyib.
O bildirib ki, bəzən yanlış anlaşılmalar olur, cəmiyyətdə belə bir fikir yaranır ki, köçürülənlər “Qobu Park” yaşayış kompleksinin sakinləridir:
“Birinci mərhələdə daha ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərə öncədən müvafiq yük maşınları təyin edilir, onlar Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park -3” yaşayış massivindəki təyinat nöqtəsinə yığışırlar, növbəti gün isə aidiyyəti üzrə azad edilən ərazilərə köçürülürlər”. (Report)