Bunu BMT sözçünün müavini Florensiya Soto Nino ABŞ bürosuna açıqlamasında deyib.
BMT sözçüsünün müavini əlavə edib ki, dünya təşkilatının Baş katibi Azərbaycanın sədirliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 çərçivəsində Bakıya səfər edəcək və tədbirin açılışında iştirak edəcək:
“Baş katib COP29 çərçivəsində ən yüksək səviyyəli tədbirlər və müzakirələrə qatıldıqdan sonra digər səfərə yollanmağı nəzərdə tutulub. Quterreş COP29-un bağlanış mərasimində iştirak etmək üçün yenidən Bakıya dönəcək”, – sözçü müavini bildirib. (Report)