Bu barədə “Mehr” agentliyi bildirib.
Məlumata görə, Paknejat deyib ki, neft və enerji sektoru iqtisadi əlaqələrin inkişafı üçün oxlardan biridir. O bu sahədə əməkdaşlıq səviyyəsinin artırılması ilə bağlı istənilən təşəbbüsləri alqışladıqlarını söyləyib. Nazirin sözlərinə görə, bu cür əməkdaşlıq lazımi infrastruktur tələb edir.
Şahin Mustafayev vurğulayıb ki, İrana səfərinin məqsədi iki ölkə arasında münasibətləri nəzərdən keçirmək və gələcək layihələrin həyata keçirilməsi ilə bağlı danışıqlar aparmaqdır.
Xatırladaq ki, Ş.Mustafayev Tehranda İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və digər rəsmilərlə görüşüb. (Report)