19.10.2024, 17:23
AZ EN
11.10.2024, 13:10 223

COP29-un baş danışıqçısı: Bütün ölkələr iqlim maliyyəsi məsələsində səylərini birləşdirməlidir

XƏBƏRLƏR
  • "COP29 çərçivəsində qlobal iqlimə uyğunlaşma üzrə qlobal əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etdirməyi hədəfləyirik".

Bu sözləri COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.

O deyib ki, səmərəli nəticələr əldə edilməsi üçün iqlim dəyişikliyinə qarşı mübarizənin effektivliyi təmin olunmalıdır:

"İqlim dəyişikliyi ilə mübarizənin effektiv adaptasiyası təkcə maliyyənin təmin olunmasından yox, həm də ayrı-ayrı ölkələrin hazırladığı səmərəli strategiyadan keçir. COP29 çərçivəsində iştirakçı ölkələrin nazirləri də konfransın aktual mövzuları ilə bağlı müzakirələr aparmaq imkanı əldə edəcəklər. Bizim əsas məqsədimiz ilk növbədə effektiv maliyyələşmə mexanizmlərinin formalaşdırılmasından ibarətdir. Bununla yanaşı, hesab edirik ki, bütün ölkələr iqlim maliyyəsi məsələsində səylərini birləşdirməlidir. COP29 çərçivəsində biz iqlimə uyğunlaşma üzrə qlobal əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etdirməyi hədəfləyirik. Bunun üçün də adaptasiyaya isriqamətlənən səylərimizi əhəmiyyətli dərəcədə artırmalıyıq.

COP29 çərçivəsində biz iqlimə uyğunlaşma üzrə qlobal əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etdirməyi hədəfləyirik. Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində biz iqlimə uyğunlaşma üzrə qlobal əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etdirməyi hədəfləyir". (APA)

Oxşar xəbərlər