23.11.2024, 02:13
AZ EN
07.10.2024, 17:50 136

300 min qərbi azərbaycanlının hüquqları bərpa olunsa...

XƏBƏRLƏR
  • "Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası Ermənistan Konstitusiyasının preambula hissəsində, Müstəqillik Aktında qeyd olunub. “Şərqi və Qərbi Ermənistan əraziləri” ilə bağlı fikirlər irəli sürülməsi, habelə Qarabağla bağlı iddialar Ermənistanın gələcəkdə yenidən işğalçı və təcavüzkar kimi Türkiyə və Azərbaycana qarşı silahlı müharibəyə başlayacağı istisna deyil".

"Vətən səsi" xəbər verir ki, siyasi şərhçi Sədrəddin Soltan Ermənistan hökumətinin bu ölkənin konstitusiyasının dəyişmək istəməməsini şərh edərkən belə deyib. Onun sözlərinə görə, həmin müddəaların konstitusiyanın preambulasından və Müstəqillik Aktından çıxarılması Ermənistanın nəzəri cəhətdən Azərbaycan və Türkiyəyə qarşı belə bir təcavüzkar addım atmasına imkan vermir. Buna görə də rəsmi İrəvan konstitusiya dəyişikliyinə getmək niyyətində deyil.

Siyasi ekspert 300 minə yaxın qərbi azərbaycanlının vətəndaşlıq və mülkiyyət hüququnun bərpası ilə bağlı məsələlərin də həll edilməli olduğu qənaətindədir: "Çünki onların vətəndaşlığı əlindən alınıb. Özləri isə güc yolu ilə ölkədən çıxarılıb. Paşinyan Bakının bu şərtlərinə qarşı bir müddət guya “Azərbaycan Konstitusiyasında Ermənistana ərazi iddiası var” kimi absurd fikirlər səsləndirməyə başladı. Amma bu blef idi”.

Sədrəddin Soltan bildirib ki, Ermənistan və onun havadarların Azərbaycana təzyiqlər etmək üçün COP29-la bağlı rəsmi Bakının gördüyü işləri gözdən salmağa çalışırlar. Buna görə, ermənilər bu istiqamətdə Azərbaycanın fəaliyyətinə qara yaxmağa çalışır: "Ermənilər iddia edirlər ki, guya, Azərbaycan bu məsələdən siyasi hədəf kimi istifadə edəcək. Bu, ABŞ konqresində 60 konqresmenin müraciətindən doğan ideyadır. Ermənistan əvvəllər Rusiyanın tapşırığı ilə oturub dururdu. İndi isə Qərbdəki siyasət dəllallarının əlaltısına çevrilib. COP29 beynəlxalq miqyaslı Yer planetinin ətraf mühitini qorumaq üçün keçirilən tədbirdir. Ermənistanın belə bir humanitar tədbiri öz çirkin niyyəti ilə ləkələməsi ənənəvi erməni tərbiyəsizliyidir”.

Xatırladaq ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi Azərbaycanın tərəflər arasında silh müqabiləsinin bağlanması üçün irəli sürdüyü əsas şərtlərdən biridir. Çünki mövcud konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası, habelə “soyqırımı” qanuniləşdirilməsi və buna görə Türkiyənin cavabdehlik daşıması nəzərdə tutulur.

Elxan SALAHOV

Oxşar xəbərlər