Bu sözləri Laçın-Xankəndi yolundakı aksiyanı müşayiət etmək üçün əraziyə gələn gürcüstanlı bloger Tamuna Mumladze deyib.
“Azərbaycanlı fəalların tələbləri ekoloji böhranla əlaqədardır. Müşahidələrin əsasında hazırda durduğumuz Laçın-Xankəndi yolunda hərəkətə maneə yaradan heç bir hal görmədim. Mən hələ ki burdayam, ümid edirəm ki, yoldan necə istifadə olunmasını görəcəyəm və çəkib öz izləyicilərimə göstərəcəyəm. Mən də hamı kimi, ekoloji cinayətə qarşıyam”. (AZƏRTAC)