Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanda səfərdə olan Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında Türkiyədən sonra ikinci yerdədir. Azərbaycan ilə Gürcüstan arasında ticarət əlaqələri də genişlənir.
“Ölkələrimiz arasında əlaqələr parlamentlər səviyyəsində də uğurla inkişaf edir. Ümid edirəm ki, dostluq və mehriban qonşuluq münasibətlərimiz bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək. Bu əlaqələr inkişaf etdikcə Gürcüstanda yaşayan soydaşlarımızın rifah halı daha da yaxşılaşacaq”, - deyə o əlavə edib. (AZERTAC)