20.10.2024, 02:34
AZ EN
08.01.2024, 20:35 238

ABŞ-nin multikultural Azərbaycana münasibətdə qərəzli addımları yersiz görünür - Yuri Osadçenko

XƏBƏRLƏR
  • ABŞ-nin multikultural Azərbaycana münasibətdə qərəzli addımları yersiz görünür.

Bu barədə "Azərbaycan Ukrayna Konqresi" İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsi veteranı Yuri Osadçenko deyib.

""Qulağı olan eşitsin, gözü olan görsün, idrakı olan anlasın", - Matfey İncilində belə deyilir. "Bu kəlamın bir çox interpretasiyası var, lakin əksəriyyəti söhbətin mənəvi korluq və karlıqdan getdiyini deyir. Axı qulaq, göz və ağıl hamıda var, lakin hamı bunlardan düzgün istifadə edirmi? Ola bilər ki, insan görsün və eşitsin, lakin dərk etməsin. Bax, burada dərk etmək üçün idrak lazımdır. Psixoloqlar deyərdi ki, söhbət informasiyanı idraksız, qəlbsiz qəbul və idrak edə bilməyən sensorlu informasiya qəbulu sistemlərindən gedir. Təhlil aparmaq və nəticə çıxarmaq lazımdır", - psixologiya sahəsində ekspert Gerda Anderson belə deyib. Yəni əgər nəyisə eşitmək və ya görmək istəmirsənsə, hətta burnunun dibində belə olsa onu görməyəcəksən. Beləliklə, ABŞ Dövlət Departamentinin Azərbaycanı "xüsusi diqqət tələb edən ölkələr" siyahısına daxil etməklə bağlı son qərarı məhz bununla bağlıdır, burada dini azadlıqların pozulmasına da yol verilə bilər. ABŞ-nin müxtəlif dini icmaların, etnik qruplrın azad formada birgə mövcud olduğu Azərbaycana qarşı bu qərəzli addımları çox yersiz görünür", - Osadçenko deyib.

Onun sözlərinə görə, ABŞ-nin bu addımları daha çox təəccüb doğurur, çünki hamıya məlumdur ki, Azərbaycanda bütün dini icmaların nümayəndələri azada formada yaşayır və fəaliyyət göstərir.

"Azərbaycanda dövlət öz hesbın sinaqoqlar, kilsələr tikir, onları təmir edir. Azərbaycanda katolik kilsəsi inşa olunub, lüteran kilsəsi təmir edilib. Ölkəmizdə xristianlığın bir sıra əsas cərəyanları, o cümlədən katoliklik və lüteranlıq təmsil olunub. Tarixi alban-udi xristian məbədləri bərpa olunur. Onların ən azı 2 min ilə yaxın tarixi var, bəziləri min, 700-800 illik tarixə malikdir", - Osadçenko deyib.

O bütün bunların Azəbaycan dini etiqad azadlığının göstəricisi olduğunu, həmçinin ABŞ-nin sözügedən qərəzli addımlarının qeyri-uzaqgörənliyindən xəbər verdiyini bildirib

"20 il bundan əvvəl Aviqdor Libermanın İsrailin xarici işlər naziri olarkən dediyi sözləri yada salaq. O, Azərbaycanın dünyada İsraildən sonra sinaqoqların dövlət hesabına inşa olunduğu yeganə ölkə olduğunu deyib. Almaniya prezidenti Frank-Valter Ştaynmayer 10 il bundan əvvəl ölkənin xarici işlər naziri vəzifəsində olarkən Azərbaycanda enerji resursları və multikulturalizm kimi ixrac olunmalı iki böyük amilin olduğunu və bunların bütün dünyaya ixrac edilməli olduğunu bildirib. Məhz bunlar burada müxtəlif etnik qrupların, dini konfessiyaların multikulturalizm şəraitində necə birgə mövcud olduğunun, yaşadığının, vahid dövlət inşa etdiyinin, onu minilliklər boyu inkişaf etdirdiyinin sübutudur", - Osadçenko deyib.

Onun sözlərinə görə, dünyada heç bir dövlət, hətta ABŞ belə hər il dövlət büdcəsindən dini icmalar üçün maliyyə vəsaiti ayırmır.

"Azərbaycanda hər il yəhudi dini icmalarına, o cümlədən dağ yəhudiləri, Avropa yəhudiləri, eləcə də xristian dini icmaları üçün ayrı-ayrılıqda yüz minlərlə manat vəsait ayrılır. Dünyada dövlət büdcəsindən dini icmalar üçün maliyyə vəsaiti ayıran yeganə ölkə Azərbaycandır. Bu yaxınlarda Azərbaycanda dövlətin etnik qruplara münasibətini öyrənmək üçün ölkəyə səfər edən Avropa Şurasının nümayəndələri ilə görüşlərdə - biz də bu görüşlərdə iştirak edirdik - nümayəndə heyətinin üzvləri hər şeyi öz gözləri ilə gördülər. Bu nümayəndə heyətinin rəyləri ilə əlbəttə ki, tanış olan ABŞ elitasının ölkələrində prezident seçkiləri öncəsi sırf Kaliforniyadakı ermənilərin səslərini qazanmaq naminə bu cür təxribatçı addımlar atması olduqca təəccüb doğurur", - o deyib.

Osadçenkonun qeyd etdiyi kimi, bu qərarlar əlbəttə ki, cəmiyyətin həyatında xüsusi rol oynamır.

"Cəmiyyətimiz multikulturalizm prinsipləri ilə necə yaşayırdısa, elə də yaşamağa davam edəcək. Azərbaycanın bu siyahıya daxil edilməsi Azərbaycan xalqının daxili həyatında, onun xarici nüfuzunda hec bir şəkildə əksini tapmayacaq. Çünki Azərbaycana çox sayda xarici liderlərin və siyasətçilərin səfər etməsi ilə hamı burada müxtəlif dini icmalar arasında qarşılıqlı əlaqələrin necə inkişaf etdiyini görüb", - deyə o əlavə edib. (Trend)

Oxşar xəbərlər