19.10.2024, 23:57
AZ EN
23.09.2024, 23:15 173

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıb

XƏBƏRLƏR
  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettellə görüşüb.

Bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Tərəflər iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

C.Bayramov Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət və regiondakı reallıqlar, o cümlədən Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin hazırkı vəziyyəti barədə də məlumat verib. (Report)

Oxşar xəbərlər