18.10.2024, 12:29
AZ EN
23.07.2024, 22:10 223

İtaliyanın Azərbaycandakı səfiri ölkəmizlə birgə layihələri müzakirə edib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşündə bir sıra ikitərəfli məsələlər, Fondun İtaliyada həyata keçirdiyi layihələr müzakirə edilib.

Danışıqlar zamanı ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi diqqət mərkəzində olub. COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri, o cümlədən gələcəkdə İtaliya tərəfi ilə Heydər Əliyev Mərkəzində həyata keçirilməsi nəzərdə tutulan mədəni layihələr nəzərdən keçirilib.(Trend)

 

Oxşar xəbərlər