09.06.2025, 01:51
AZ EN
20.09.2024, 17:16 230

ABŞ Ermənistandan rus ordusunu İranla sərhəddən çıxarmağı tələb edir

XƏBƏRLƏR
  • Ermənistanla hərbi və hərbi təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətini reallaşdırmaq istəyən ABŞ Paşinyan hökuməti qarşısında sərt tələb qoyub. Rəsmi Vaşonqton Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindən çıxarılmasını istəyir.

"Vətən səsi" xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, etibarlı məlumat diplomatik kanallar vasitəsilə əldə edilib. Surenyants qeyd edib ki, son günlərin gərginliyi məhz bu problemlə bağlıdır. O, həmçinin, diqqətə çatdırıb ki, ABŞ-dən yenicə qayıdan erməni ekspertlər öz çıxışlarında bu məsələni fəal şəkildə təbliğ edirlər.

Xatırladaq ki, Rusiya sərhədçiləri Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və Ermənistanın milli sərhəd qoşunlarının formalaşdırılması maraqları naminə onların fəaliyyət şərtlərini müəyyən edən 30 sentyabr 1992-ci il tarixli Rusiya-Ermənistan müqaviləsinin 8-ci maddəsinə uyğun olaraq yerləşdiriliblər.

Avqustun 1-dən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan Respublikasındakı Sərhəd İdarəsi "Zvartnots" hava limanının buraxılış məntəqəsində dövlət sərhədinin mühafizəsini təmin etmək funksiyasını rəsmən dayandırıb. Buna əsas 1 mart 2024-cü il tarixində Ermənistan tərəfinin müvafiq müraciəti olub.

Elxan SALAHOV

Oxşar xəbərlər