22.11.2024, 08:43
AZ EN
01.09.2024, 21:08 218

KİV: Azərbaycanda seçkilər azad və demokratik şəraitdə keçib

XƏBƏRLƏR
  • Rusiyanın “NEWS.ru” portalı Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə prosesini ətraflı işıqlandırıb.

Portalın materiallarında qeyd olunur ki, ölkədə vətəndaşların öz iradəsini azad şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılıb.

"Azərbaycanda parlament seçkiləri zamanı seçki məntəqələrində ölkə sakinlərinin barmaq izləri skan edilir. Bu, bir nəfərin iki dəfə səs verə bilməməsi üçün lazımdır. Barmaq izi götürüldükdən sonra onlar qeydiyyata götürülür və bülleten alırlar. Sənəd anonimlik şəraitində doldurulur və seçki qutusuna atılır", - “NEWS.ru”nun müxbiri qeyd edib.

Portalın materialında Azərbaycan Prezidenti Administrasiyasının məlumatına istinadən qeyd edilib ki, dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva növbədənkənar parlament seçkilərində səs veriblər. Ailə Bakıdakı 6 nömrəli tam orta məktəbdə yerləşən seçki məntəqəsində səs verib.

Seçkilərdə xarici müşahidəçi qismində çıxış edən Britaniya Lordlar Palatasının üzvü Qurban Hüseyn də “NEWS.ru” saytına müsahibəsində seçkilərin azad və demokratik keçirildiyini qeyd edib.

"Bu, öz ölkəmizdə tətbiq etdiyimiz prosesə çox oxşardır. Mən qanunazidd heç nə müşahidə etmədim", - Q.Hüseyn bildirib.

Ümumilikdə vətəndaşların seçki hüququnun həyata keçirilməsi üçün 125 seçki dairəsində 6 478 seçki məntəqəsi yaradılıb. Qeyd olunub ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərə çatır.

Azərbaycan parlamentində 125 yer uğrunda 990 namizəd mübarizə aparır. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR