Bunu Kiyev Əqli Mülkiyyət və Hüquq Milli Universitetinin professoru, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Birliyinin sədri Arif Quliyev “Seçki 2024” Müstəqil Media Mərkəzinə müsahibəsində deyib.
O, bildirib ki, Azərbaycan xalqı növbəti dəfə tarixi hadisələrə şahidlik edir. Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər bir sıra regional proseslərə təsir etdi. İndi yeni reallıqlar yaranıb, bütün daxili və xarici siyasətimiz bu reallıqlar üzərində qurulur. Biz nəinki regionda, bütün dünyada qalib xalq, dövlət kimi tanınırıq. Bu mənada seçkilər də region ölkələrində diqqətlə izlənilir. İnanıram ki, bizim hüquqi təzahürlərə söykənən və faktlara əsaslanan seçki keçirmək təcrübəmiz əksər ölkələrə nümunə olacaq. Azərbaycanımız son 2 əsrdə tarixi ərazilərində yaranmış süni maneələri, qondarma rejimi aradan qaldıra bilib. Bunun özü böyük tarixdir. Artıq Azərbaycan tam suveren ölkədir. İndi yeni-yeni tarixlər yazırıq. Əvvəlki illərdən fərqli olaraq bütün ərazilərimizdə seçki prosesi apara bilirik.