20.09.2024, 02:00
AZ EN
21.08.2024, 18:45 183

June Soomer: Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkənlərin yanında olduğunu hər zaman göstərir

XƏBƏRLƏR
  • Müasir dünyada hələ də müstəmləkəçilikdən əziyyət çəkən, boyunduruq altında olan ölkələr, insanlar var. Təəssüf ki, buna qaradərili insanlar daha çox məruz qalırlar. Bakı Təşəbbüs Qrupu çox mühüm platformadır və müstəmləkəçilikdən əziyyət çəkənlərin yanında olduğunu hər zaman göstərir.

Bu fikirləri Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasının nümayəndə heyətinin üzvü, BMT yanında Afrikaəsilli Vətəndaşlar Forumunun üzvü June Soomer avqustun 21-də jurnalistlərə müsahibəsində söyləyib.

Təmsil etdiyi forumun afrikaəsilli insanların hüquqlarını müdafiə etdiyini diqqətə çatdıran nümayəndə heyətinin üzvü deyib: “Azərbaycanda olmaq, avqustun 22-də keçiriləcək beynəlxalq konfransa qatılmaq mənim üçün çox mühüm əhəmiyyətə malikdir.

Müstəmləkədən əziyyət çəkən insanların buraya gəlib öz səslərini dünyaya çatdırmaları çox yaxşı fürsətdir. Müstəmləkələrin və quldarlıq rejiminin afrikaəsilli insanlara hələ də təsir etməsindən danışmaq da vacibdir. Biz bu ölkələrin necə müstəqillik əldə edə biləcəyi haqqında müzakirələr aparmalıyıq. O cümlədən biz onların bu müstəqillik yolunda nələr etdiyinə baxmalıyıq”. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR