Bu barədə Brüsselin “EUobserver” portalı Avropa Komissiyasına (AK) istinadən məlumat yayıb.
“Davamlı və möhkəm sülhə doğru qətiyyətli addımlar atmağın vaxtı gəlib çatıb. Azərbaycan Ermənistanla sülh sazişi imzalamaq üçün COP29-un verəcəyi impulsdan istifadə etməlidir”, – nəşr AK nümayəndəsinin sözlərindən sitat gətirir.
Bununla belə, portalın Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən qeyd etdiyi kimi, “yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması üçün hələ də ciddi maneələr var, Aİ-nin vicdanlı vasitəçi kimi mövqeyi isə sarsılıb”.
XİN nümayəndəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymasının vacibliyini iki ölkə arasında əsl və davamlı sülh müqaviləsinin imzalanmasının zəruri şərti adlandırıb. (Report)