22.09.2024, 00:39
AZ EN
18.04.2023, 13:39 204

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğuladı

XƏBƏRLƏR

Ermənistan parlamentinin hələ də davam edən iclasında baş nazir Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsinin tərəfdarı olduğunu bildirib. O, deyib ki, Azərbaycan öz enerji resursları və coğrafi mövqeyi ilə həm Qərb, həm də Rusiya üçün öz önəmini daha da artırıb. Ona görə də o, bu fürsətdən yararlanaraq çox şey, hətta hər şeyi əldə etməyə çalışır və buna şanslıdır. Bölgədə davamlı sülhün əldə olunmasında Gürcüstan və Ermənistanın da rolunu qeyd edən baş nazir həm də açıqlayıb ki, bunun üçün Qərblə Rusiya arasında konsensus lazımdır. Bu olmasa bölgədə sülhü təmin etmək çox çətin olacaq. O, daha sonra belə  deyib: "2022-ci ildə Praqada və Soçidə Azərbaycan Prezidenti ilə bir-birimizə qarşı ərazi iddiası irəli sürməməyi razılaşdıq...Amma həm İrəvandan, həm də Bakıdan səslənən rəsmi bəyanatlarda tərəflər bir-birini razılaşmaları pozmaqda suçlayır. Mən indi əminliklə təsdiq edirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır".

Deyəsən, Nikol yola gəlir. Amma Ermənistanın bacıları gərək yeni təxribatlara yol verməsin.

Nəsib

Oxşar xəbərlər