Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilir.
“Qərbi Azərbaycan İcması Baqrat Qalstanyanın bu bəyanatını qınayır, arxiyepiskopu belə irqçi yanaşmadan çəkinməyə çağırır. Bir din xadimi olaraq sülhü, ədaləti, barışığı təmsil və təbliğ etmək əvəzinə arxiyepiskopun bu cür şovinist mövqedən çıxış etməsi erməni Qriqoryan kilsəsində və cəmiyyətində bu cür irqçi yanaşmaların hakim olduğunu göstərir.
İcma, həmçinin sülh prosesinə verdiyi zərərdən dolayı Ermənistan hökumətindən ərazisində bu kimi irqçi meyillərə imkan verməməyi tələb edir”, - deyə bəyanatda vurğulanıb. (AZERTAC)