21.12.2024, 19:36
AZ EN
12.08.2024, 11:34 267

Metyu Brayza: Azərbaycanda keçirilən parlament seçkiləri həm milli, həm də regional təsirə malikdir

XƏBƏRLƏR
  • Ötən ilin sentyabrında Azərbaycan suverenliyini tam bərpa etdi. Sürətli və uğurlu tədbirlər həyata keçirməklə Azərbaycan özünün ərazi bütövlüyünə qarşı davamlı təhlükə yaradan amilləri aradan qaldırdı. Sözsüz, bu amil Azərbaycanda keçiriləcək parlament seçkilərinin də əhəmiyyətini çox yüksəltdi.

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza deyib.

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin Azərbaycanın bütün ərazilərində baş tutacağını xatırladan beynəlxalq ekspert qeyd edib ki, seçkilər hər bir ölkənin demokratik inkişafı üçün vacibdir və bəzi hallarda regional təsirə malikdir.

“COP29 ərəfəsində seçkilərin keçirilməsi Azərbaycanın qlobal nüfuzunu daha da gücləndirəcək. Mən bu prosesi alqışlayıram”, - deyə M. Brayza əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər